Xəbərlər

Yaşıl Kart sistemi üzrə iclas keçirilmişdir.

25 noyabr 2015-ci il tarixində  İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının iclası keçirilmişdir. İclasda Büronun iştirakçı sığortaçılarının “Yaşıl Kart” sistemində iştirakı ilə bağlı  “Azərbaycan Yaşıl Kart blanklarının forması, onların çap olunması, doldurulması və uçotu qaydaları”,  “Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət qaydaları”,  “Bağlanmış Yaşıl Kart müqavilələri üzrə təqvim haqlarının ödənilməsi qaydaları”, “Yaşıl Kart Təkrarsığorta Daxılının təşkili və işləmə qaydaları” sənədləri təsdiq olunmuşdur.

Azərbaycanda “Yaşıl Kart” sistemi üzrə fəaliyyət göstərmək istəyən sığortaçılar 21 dekabr 2015-ci il tarixinə qədər Yaşıl Kart sığortaçılarının Reyestrinə daxil olmaq üçün İcbari Sığorta Bürosuna müraciət etməlidirlər. İştirakçı sığortaçılar göstərilən tarixədək Yaşıl Kart sığortaçılarının Reyestrinə daxil edilməsi və Yaşıl Kart blanklarının alınması üçün Büroya müraciət etməzsə və ya bununla bağlı təqdim etdiyi sənədlərdə hər hansı uyğunsuzluq və ya çatışmazlıq olarsa,  həmin sığortaçının 2016-ci ilin yanvar ayının 1-dən etibarən İcbari Sığorta Bürosunun informasiya sistemində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyəti məhdudlaşdırılacaqdır.

Xəbərlərə abunə ol