Xəbərlər

Yanvar ayında 45 ədəd Yaşıl Kart müqaviləsi bağlanılmışdır.

Yanvar ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyə ölkələrinə səfər edən avtonəqliyyat vasitələri üçün 45 ədəd beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 5 963 manat təşkil etmişdir.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 17 ədədi minik, 13 ədədi yük, 12 ədədi qoşqu, 3 ədədi avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur. Bağlanılan müqavilələr üzrə ən aşağı sığorta haqqı 12 manat, ən yüksək sığorta haqqı 440 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol