Xəbərlər

Sığortaçıların və Sığortalıların nəzərinə!

İcbari Sığorta Bürosunun iştirakçısı olan sığorta şirkətlərinin nəzərinə çatdırılır ki, 22 may 2015-ci il tarixində İcbari Sığorta Bürosunun informasiya sistemində şəxsiyyət vəsiqəsinin PİN kod xanasında “O” və “İ” hərflərinin istifadəsinə məhdudiyyət qoyulmuşdur. Məlum olduğu kimi, vətəndaşın şəxsiyyət vəsiqəsində “O” və “İ” hərfləri deyil, müvafiq olaraq “0” və “1” rəqəmlərindən istifadə olunur, lakin sığorta agentləri tərəfindən bir çox hallarda  informasiya sistemində sığorta müqavilələrinin rəsmiləşdirilməsi zamanı PİN kod nömrələri səhv daxil edilir. Sistemdə belə yalnış daxil edilmiş PİN kodların olması növbəti ildə sığortalıların Bonus Malus sinfinin düzgün təyin olunmaması ilə nəticələnir.

Bununla əlaqədar olaraq sığorta şirkətlərindən, sığortalıların sığorta müqaviləsinin yenilənməsi zamanı Bonus-Malus sinfinin təyin edilməsi ilə bağlı uyğunsuzluq aşkar etdikləri halda  support@isb.az elektron poçt ünvanına məktubla müraciət etmələri xahiş olunur.

Xəbərlərə abunə ol