Xəbərlər

Noyabr ayında Daşınmaz əmlakın icbari sığortası üzrə 14 364 müqavilə bağlanmışdır.

2015-ci ilin noyabr ayında Daşınmaz əmlakın icbari sığortası üzrə 14 364 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1 milyon manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 87%-i yaşayış evləri və mənzillər, 0,2%-i inzibati binalar, 12,8%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 19,2%, sığorta haqlarının məbləğində isə 0,5% artım müşahidə edilmişdir.

Noyabr ayında Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 242, Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 34 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 19 230 manat, Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 10 918 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol