Xəbərlər

Noyabr ayında 1 367 Yaşıl Kart müqaviləsi bağlanılmışdır.

Noyabr ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 367 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu müqavilələrdən 672 müqavilə Türkiyə və İran İslam Respublikasına, 644 müqavilə isə Rusiya, Moldova və Ukrayna Respublikasına, 51 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur. Noyabr ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 91 866 manat təşkil etmişdir. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1125-i minik, 133-ü yük, 98-i qoşqu, 11-i isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

Xəbərlərə abunə ol