Xəbərlər

“Naxçıvan Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarının reyestrinə daxil edilmişdir.

Bakı-16.03.2021: “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq “Naxçıvan Sığorta” Açıq Səhimdar Cəmiyyəti İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinə  daxil edilmişdir.

Qeyd edək ki, iştirakçı sığortaçılarla İcbari Sığorta Bürosu arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər müvafiq qanunvericilik və Büronun nizamnaməsinə uyğun olaraq aparılır.

Xatırladaq ki, sığortaçının istənilən sığorta növü üzrə fəaliyyət göstərməsi üçün Sığorta Fəaliyyəti Haqqında və İcbari Sığortalar Haqqında qanunun tələblərinə bağlı olaraq nəzarət orqanı tərəfindən icazə verilməlidir.

Xəbərlərə abunə ol