Xəbərlər

May ayında daşınmaz əmlakın icbari sığortası üzrə müqavilə bağlanılmışdır

2016-cı ilin may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 458 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,7 milyon manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 61,7%-i yaşayış evləri və mənzillər, 0,7% -i inzibati binalar, 37,6%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 55%, sığorta haqlarının məbləğində isə 22% faiz azalma müşahidə edilmişdir.

May ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 251, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  19 710 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 400 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol