Xəbərlər

May ayında 100 067 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur

2016-cı ilin may ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 067 müqavilə qeydiyyata alınmışdır. Bunların 11 221-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. 2016-cı ilin may ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,5 milyon manat təşkil etmişdir.

2015-ci ilin may ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,9%, sığorta haqlarının məbləğində isə 9,9% artım müşahidə edilmişdir. May ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin aprel ayı ilə müqayisədə 1.6% azalaraq 75.7 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol