Xəbərlər

May ayı ərzində AVSMMİS üzrə 1 570 679 manat sığorta ödənişi həyata keçirilmişdir.

2015-ci ilin may ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 321 sığorta tələbi üzrə 1 570 679 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişlərinin bölgüsünü sizə təqdim edirik.

sayt_x

Ümumilikdə 2015-ci ilin yanvar-may ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 8 114 sığorta tələbi üzrə 9 667 838 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

May ayında İcbari Sığorta Bürosu tərəfindən 11 kompensasiya tələbi üzrə 37 333 manat, yanvar-may ayları ərzində 28 kompensasiya tələbi üzrə 110 333 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.

Xəbərlərə abunə ol