Xəbərlər

Mart ayında 109 842 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2016-cı ilin mart ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 109 842 müqavilə qeydiyyata alınmışdır. Bunların 11 004-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir.

2016-cı ilin mart ayı ərzində standard və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 9,5 milyon manat təşkil etmişdir.

Qeyd edək ki, AVSMMİS üzrə mart ayında bağlanılan standart sığorta müqavilələrinin 22 034-ü indiyədək informasiya sistemində mövcud olmayan, yəni icbari sığortası olmayan avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.

2015-ci ilin mart ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 59,1%, sığorta haqlarının məbləğində isə 76,8% artım müşahidə edilmişdir.

Ümumilikdə, 2016-cı ilin yanvar-mart aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 240 176 müqavilə bağlanılmışdır, bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 20,1 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövürü ilə müqayisədə sığorta müqavilələrinin sayında 21%, sığorta haqlarının məbləğində isə 31% artım müşahidə edilmişdir.

Xəbərlərə abunə ol