Xəbərlər

Karonavirus pandemiyasından qorunmaq üçün tətbiq edilən karantin rejiminə İcbari Sığorta Bürosu  (İSB) da  dəstək verib.

Bakı,    08 aprel, 2020:  Karonavirus pandemiyasından qorunmaq üçün tətbiq edilən karantin rejiminə İcbari Sığorta Bürosu  (İSB) da  dəstək verib.  Belə ki, İSB “Evde qalın, eviniz sizi sığortalasın” şüarı altında sosial  video çarx hazırlayıb. Sosial video çarxda müxtəlif yaş qrupundan olan vətəndaşların  karantin rejimində evdə qalaraq həmrəylik nümayiş etdirməsi əks olunur. İSB -nun əməkdaşlarının da çəkildiyi videoçarxın   qəhrəmanları “Biz zamanında evimizi sığortaladıq, indi isə evimiz  bizi sığortalayır” deyərək əhalini karantin rejiminə ciddi əməl etməyə, pandemiya ilə əlaqədar qlobal mürəkkəb şəraitdə  özlərini, yaxın və doğmalarını virusadan qorumaq üçün evdən çıxmamağa çağırır.

Xatırladaq ki,  vətəndaşlar sahib olduqları əmlakları icbari qaydada sığorta etdirərək  həmin əmlakı yanğın və risklərdən, təbii fəlakətlərdən həmçinin dəyə biləcək zərərlərdən sığortalamaq hüququna malikdir. Bu günün gerçəyi gələcəyin sığortasıdır. Biz birlikdə güclüyük. Həmrəy olaq, evdə qalaq və  bu dəfə evimiz bizi sığortalasın.

Qeyd edək ki, Biz zamanında evimizi sığortaladıq, indi isə evimiz  bizi sığortalayır” sosial video çarxa aşağıdakı link vasitəsi ilə də baxa bilərsiniz.

Xəbərlərə abunə ol