Xəbərlər

İyun ayında 84 292 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2016-cı ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 84 292 müqavilə qeydiyyata alınmışdır. Bunların 12 707-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. 2016-cı ilin iyun ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,7 milyon manat təşkil etmişdir.

2015-ci ilin iyun ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 7,5%, sığorta haqlarının məbləğində isə 5,6% artım müşahidə edilmişdir.

İyun ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin may ayı ilə müqayisədə 5.1% artaraq 79.5 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol