2015-ci ilin iyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2 029 sığorta tələbi üzrə 2,5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 33%, sığorta ödənişlərinin məbləğində isə 6,9 % artım müşahidə edilmişdir. 2015-ci ilin iyul ayında nəqliyyat vastəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 163 manat təşkil etmişdir.
İyul ayında İcbari Sığorta Bürosu tərəfindən 13 kompensasiya tələbi üzrə 35 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.