Xəbərlər

İyul ayında 1 102 Yaşıl Kart müqaviləsi bağlanılmışdır.

İyul ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 102 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu müqavilələrdən 1 042 müqavilə Türkiyə və İran İslam Respublikasına, 51 müqavilə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 9 müqavilə isə Moldova və Ukrayna Respublikasına səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.  İyul ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 65 929 manat təşkil etmişdir. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 968-i minik, 72-si yük, 45-i qoşqu, 15-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

İyul ayında Yaşıl Kart sistemi çərçivəsində İcbari Sığorta Bürosu tərəfindən Türkiyədə baş vermiş 2 sığorta hadisəsi üzrə ümumilikdə 6 323 AZN məbləğində sığorta  ödənişi həyata keçirilmişdir.

Cari ilin iyun ayı ilə müqayisədə Yaşıl Kart müqavilələrinin sayında 33% artım müşahidə olunmuşdur.

Xəbərlərə abunə ol