Xəbərlər

İcbari Sığorta Bürosuna yeni icraçı direktorun təyin olunması ilə bağlı məlumat

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının 15 dekabr 2016-cı il tarixdə keçirilmiş iclasında Elxan Xanməmməd oğlu Quluyevin İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsindən getməsi ilə əlaqədar olaraq Fariz Nazim oğlu Əzizovun Büronun yeni icraçı direktoru vəzifəsinə namizədliyi irəli sürülmüşdür. Fariz Əzizovun hazırda tutduğu vəzifədən azad olunduqdan sonra İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsinə təyin edilməsi və onun təyin olunacağı tarixdən etibarən Elxan Quluyevin əmək müqaviləsinə xitam verilməsi barədə Büronun Himayəçilər Şurasının sədri tərəfindən lazımi rəsmiləşdirmələrin aparılmasının təmin edilməsi ilə bağlı  qərar qəbul edilmişdir.

Fariz Əzizovun İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsinin icrasına başlaması növbəti həftədən gözlənilir.

Xəbərlərə abunə ol