Xəbərlər

İcbari Sığorta Bürosu Yaşıl Kartla bağlı vətəndaşları məlumatlandırır:

Məlum olduğu kimi , 23 iyun 2016-cı il tarixində İcbari Sığorta Bürosu ilə Rusiya Avtosığortaçılar İttifaqı arasında Yaşıl Kart sistemi çərçivəsində sənədlərin qarşılıqlı tanınmasına dair  imzalanmış ikitərəfli sazişə əsasən  01 avqust 2016-cı il tarixindən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi sahibləri Rusiya Federativ Respublikasına səyahət etdikdə həmin ölkədə keçərli olan Azərbaycan Yaşıl Kartını əldə edə biləcəklər. Eyni qaydada Rusiyada qeydiyyatdan keçən avtonəqliyyat vasitəsi sahibləri Azərbaycana səyahət etdikdə Azərbaycanda etibarlı olan Yaşıl Kartı əldə edə biləcəklər. Həmçinin,  Rusiyaya səfər etmək istəyən vətəndaşlar 01 avqust 2016-cı il tarixindən öncə rəsmiləşdirilən və qüvvədə olan Azərbaycan Yaşıl Kartlarını ( Türkiyə və İran İslam Respublikası ərazisində etibarlı olan Yaşıl Kartlar istisna olmaqla) sığorta müqaviləsini rəsmiləşdirən sığorta şirkətlərinə təqdim etməklə yeni blankda çap edilmiş və üzərində Rusiyanın beynəlxalq ölkə kodu (RUS) açıq olan Azərbaycan Yaşıl Kartları ilə ödənişsiz olaraq dəyişdirə bilərlər.

Xəbərlərə abunə ol