Xəbərlər

İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində növbəti iri həcmli sığorta ödənişini həyata keçirib

İcbari Sığorta Bürosu (Büro) tərəfindən Yaşıl Kart Sistemi çərçivəsində 6 mart 2019-cu il tarixində Rusiyanın Qafqaz federal avtomobil yolunda baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı 69 512 manat ödəniş həyata keçirilib.

Sığorta ödənişi beş nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması hadisəsi ilə bağlı olub.

Qeyd edək ki, hadisə 6 mart 2019-cu il tarixində, 05:00-da 04BO882 Azərbaycan dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Vito” markalı avtonəqliyyat vasitəsinin P564HE93 Rusiya dövlət qeydiyyat nişanlı “ZIL 5301 47410C” markalı  avtonəqliyyat vasitəsi ilə toqquşması nəticəsində qeydə alınıb.

Yaşıl Kart beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən Yaşıl Kart haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan Respublikası 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilmiş və 1 yanvar 2016-cı il tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.

Xəbərlərə abunə ol