Xəbərlər

İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilmişdir.

İcbari Sığorta Bürosu tərəfindən 15 avqust 2014-cü il tarixində, saat 21:00 radələrində, Şəmkir-Gəncə yolu ilə Gəncə istiqamətinə doğru yolun Şəmkir rayonunun Seyfəli kəndi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 5000 AZN (beş min manat) məbləğində  kompensasiya ödənişi verilmişdir. Kompensasiya ödənişi 24 avqust 2016-cı il tarixində poçt vasitəsi ilə köçürülmüşdür.

Xəbərlərə abunə ol