İcbari Sığorta Bürosu tərəfindən 31 dekabr 2014-cü il tarixində, saat 17:30 radələrində, Ələt-Astara-İran sərhəddi yolunun Salyan rayonu ərazisindən keçən 20-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfərin ölümü ilə əlaqədar 15000 AZN ( on beş min manat) məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşlarına poçt vasitəsi ilə 8 avqust 2016-cı il tarixində köçürülmüşdür.