Xəbərlər

İcbari Sığorta Bürosu növbəti kompensasiya ödənişini həyata keçirmişdir.

İcbari Sığorta Bürosu tərəfindən 11 oktyabr 2013-cü il tarixində saat 18:00 radələrində, Ələt-Astara-İran sərhəddi yolunun Cəlilabad rayonu ərazisindən keçən 122-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfərin  az ağır dərəcəli  xəsarətlər alması ilə əlaqədar 1500 AZN (min beş yüz manat) məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşına poçt vasitəsi ilə 18 avqust 2016-cı il tarixində köçürülmüşdür.

Xəbərlərə abunə ol