Xəbərlər

İcbari Sığorta Bürosu elektron icbari sığorta müqaviləsi ilə bağlı işəgötürənlər üçün təlimat videoları hazırlayıb

İcbari Sığorta Bürosu tərəfindən İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin elektronlaşdırılması ilə bağlı əhalinin maarifləndirilməsi üçün animasiya çarxı və işəgötürənlər üçün təlimat videoları hazırlanıb. Təlimat videolarında CLİP (Compulsory Liability İnsurance Project) layihəsi üzrə proqram təminatına giriş, razılıq müqaviləsinin yaradılması və imzalanması, təklifin təsdiqi və müqavilənin imzalanması qaydaları əks olunub.

Maarifləndirici reklam çarxı və təlimat videoları ilə İcbari Sığorta Bürosunun veb-saytında və YouTube kanalında tanış olmaq mümkündür:

 

 

Sistem və onun iş prinsipi barədə daha ətraflı məlumatı proqram təminatına daxil olaraq təlimat proqramından əldə edə bilərsiniz.

Xəbərlərə abunə ol