Xəbərlər

“Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  haqqında nə bilirik? Maariflənək, maarifləndirək ” mövzusunda məqalə müsabiqəsi vaxtının uzadılması ilə bağlı

İcbari Sığorta Bürosu “Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məhsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək ” mövzusunda elan etdiyi məqalə müsabiqəsinin vaxtı 2020-ci ilin aprel ayının 10-na kimi uzadılır. Məlumat üçün bildirək ki, müsabiqəyə 6 mart 2020-ci il tarixindən start verilib. Müsabiqəyə mərkəzi və regional elektron və çap KİV-lərində nəşr olunmuş yazılar qəbul olunur. Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində pul mükafatları və müvafiq sertifikatlar təqdim olunacaqdır.

Məqalələr meqaleyazisi@isb.az ünvanına göndərilməlidir. Əlavə məlumat üçün 012 595 00 20 və  994 55 214 31 30  nömrəsinə  müraciət edə bilərsiniz. Müsabiqənin şərtləri aşağıdakı linkdə yerləşdirilmişdir.

https://isb.az/meqale-musabiqesi/

Xəbərlərə abunə ol