Xəbərlər

Elan

Hörmətli vətəndaşlar,
Nəzərinizə çatdırırıq ki, “Standart İnsurance” sığorta şirkəti hazırda ləğv etmə prosesində olduğu üçün şirkətin (+994 12) 930 – qaynar xəttinə daxil olan zənglər artıq İcbari Sığorta Bürosuna yönləndirilir.

Qeyd edək ki, Mərkəzi Bankın qərarı ilə Standard Insurance Sığorta Şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 Sentyabr 2020-ci il tarixdə qüvvəyə minmişdir.

Qanunvericiliyə uyğun olaraq İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına məhkəmə qərarının qüvvəyə gündən başlamışdır.

Qeyd edək ki, İcbari Sığorta Bürosu Standard Insurance Sığorta Şirkəti ilə bağlanan son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə bağlı ödənişlərin həyata keçirilməsini davam etdirəcəkdir.

Xəbərlərə abunə ol