Büro haqqında
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli, 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən 19.10.2011-ci il tarixdə İcbari Sığorta Bürosunun təsis iclası çağırılmışdır. Büronun təsis iclasına “İcbari sığortalar haqqında” qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçılar çağırılmışlar.
Büronun təsis iclasında aşağıdakı məsələlər barədə qərarlar qəbul edilmişdir:
- Büronun təsis edilməsi;
- Büronun nizamnaməsinin təsdiq olunması;
- Büronun fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, o cümlədən Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi.