Xəbərlər

Azərbaycan Rusiya ilə Yaşıl Kart sistemi çərçivəsində fəaliyyətə başlayacaq.

23 iyun 2016-cı il tarixində İcbari Sığorta Bürosu ilə Rusiya Avtosığortaçılar İttifaqı arasında Yaşıl Kart sistemi çərçivəsində sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli saziş imzalanmışdır. İmzalanmış sazişə əsasən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi sahibləri Rusiya Federativ Respublikasına səyahət etdikdə həmin ölkədə keçərli olan Azərbaycan Yaşıl Kartını əldə edə biləcəklər. Eyni qaydada Rusiyada qeydiyyatdan keçən avtonəqliyyat vasitəsi sahibləri Azərbaycana səyahət etdikdə Azərbaycanda etibarlı olan Yaşıl Kartı əldə edə biləcəklər.
İcbari Sığorta Bürosu ilə Rusiya Avtosığortaçılar İttifaqı arasında imzalanmış ikitərəfli sazişin qüvvəyə minmə tarixi 01 avqust 2016-cı il tarixinə nəzərdə tutulmuşdur.

Xəbərlərə abunə ol