Xəbərlər

Aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə 8043 müqavilə bağlanmışdır

2017-ci ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 8043 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 1373234 manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 5180-i yaşayış evləri və mənzillər, 195-i inzibati binalar, 2668-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 18% və 13% artım müşahidə edilmişdir.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 545, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 60 sığorta müqaviləsi bağlanılmışdır.

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

Xəbərlərə abunə ol