2016-cı ilin yanvar-iyun ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 527 894 sığorta müqaviləsi bağlanmışdır. Bağlanılan müqavilələr üzrə sığorta haqları 42,3 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 11%, sığorta haqlarının məbləğində isə 16% artım müşahidə edilmişdir.