Xəbərlər

2015-ci ilin ilk altı ayı ərzində 476 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2015-ci ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 78,396 müqavilə qeydiyyata alınmışdır. Bunların 13,769-u xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,3 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 13%, sığorta haqlarının məbləğində isə 25% artım müşahidə edilmişdir.

2015-ci ilin yanvar-iyun ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 476 minə yaxın sığorta müqaviləsi bağlanmış və bu müqavilələr üzrə  sığorta haqları 36,4 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 14%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilmişdir

Xəbərlərə abunə ol