2015-ci ilin yanvar-dekabr ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 965 022 müqavilə qeydiyyata alınmışdır. Bunların 167 596-ı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 76,4 milyon manat təşkil etmişdir.
2014-cü il ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 3.6%, sığorta haqlarının məbləğində isə 8% artım müşahidə edilmişdir.
2014-ci ildə AVSMMİS üzrə orta sığorta haqqı 76 AZN, 2015-ci ildə isə orta sığorta haqqı 79 AZN təşkil etmişdir.