İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “İcbari sığortalar haqqında” Qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir.
Mobil telefonunuzdan 9707 nömrəsinə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını yazıb SMS göndərin.
NV-nin icbari sığorta şəhadətnaməsi etibarlıdırsa, Siz sığorta şəhadətnaməsinin etibarlı olması barədə SMS alacaqsınız.
SMS-də əks olunan məlumatlar: Şəhadətnamə nömrəsi, şəhadətnaməsinin məxsus olduğu sığorta şirkətinin adı və sığorta hadisəsi zamanı şirkətin əlaqə nömrələri.
Əgər NV-nin icbari sığorta şəhadətnaməsi etibarlı deyilsə, Siz sığorta şəhadətnaməsinin etibarlı olmaması barədə SMS alacaqsınız.