Xəbərlər

Yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 253 müqavilə bağlanmışdır.

2016-cı ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 253 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 5,7 milyon manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 55,4%-i yaşayış evləri və mənzillər, 0,5%-i inzibati binalar, 44,1%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 22,6% azalma, sığorta haqlarının məbləğində isə 38% faiz artım müşahidə edilmişdir.

Yanvar ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 581, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  38 400 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 5 922 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol