Xəbərlər

Yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7 535 müqavilə bağlanmışdır.

2017-cı ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7 535 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 2,6 milyon manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,7%-i yaşayış evləri və mənzillər, 0,4% -i inzibati binalar, 29,9%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 43% artım, sığorta haqlarının məbləğində isə 55% faiz azalma müşahidə edilmişdir.

Yanvar ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 557, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 sığorta müqaviləsi bağlanılmışdır.

Məlumat üçün bildirək ki, hal-hazırda daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti ( “Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC,  “Paşa Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti,“Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC)  fəaliyyət  göstərir.

Xəbərlərə abunə ol