Xəbərlər

Yanvar ayında AVSMMİS üzrə 59 087 elektron icbari sığorta müqaviləsi bağlanmışdır.

2017-ci ilin yanvar ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ( AVSMMİS) üzrə 59 087 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır. 2017-cı ilin yanvar ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 4,6 milyon manatdan çox olmuşdur. 2016-ci ilin yanvar ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3,8% artım, sığorta haqlarının məbləğində isə 1,3% azalma müşahidə edilmişdir.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən  avtomobillər üçün  icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılmışdır və 1 noyabr tarixinədək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi  tarixədək sığorta təminatına daxildirlər.

Məlumat üçün bildirək ki, hal-hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 13 sığorta şirkəti ( “Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC,  “Paşa Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti,“Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC,  “Günay Sığorta” ASC)  fəaliyyət  göstərir.

 

Xəbərlərə abunə ol