Xəbərlər

Türkiyə Motorlu Taşıt Bürosu Yaşıl Kart Hovuz sistemi ilə bağlı təqdimat keçirmişdir.

21-22 Sentyabr 2015-ci il tarixlərində İcbari Sığorta Bürosu ölkəmizdə səfərdə olan Türkiyənin Motorlu Taşıt Bürosunun nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə, Türkiyə Motorlu Taşıt Bürosunun nümayəndələri Erkal Karagöz və İsmayıl Yıldız Türkiyədə tətbiq olunan Yaşıl Kart Hovuz sistemi ilə bağlı  İSB-nin iştirakçı sığortaçılarının məlumatlandırılması üçün təqdimat keçirmişlər. Həmçinin, görüş zamanı nümayəndə heyəti  ilə Azərbaycanda 1 yanvar 2016-cı il tarixindən Yaşıl Kart sisteminin tətbiqi ilə əlaqədar olaraq  Türkiyənin Yaşıl Kart sistemində fəaliyyəti və iş prinsipləri ilə bağlı  təcrübə mübadiləsi aparılmışdır. Görüşdə, Azərbaycanda Yaşıl Kart Hovuz sisteminin tətbiqi imkanlarının araşdırılması istiqamətində İcbari Sığorta Bürosu tərəfindən müvafiq işlərin aparılması qərara alınmışdır.

22 Sentyabr 2015-ci il tarixində keçirilmiş digər görüşdə isə “Audatex Azerbaijan” şirkətinin təqdim etdiyi proqram təminatının 1 Oktyabr 2015-ci il tarixindən etibarən Büronun Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərən iştirakçı sığortaçılarının istifadəsinə verilməsi qərara alınmışdır.

20150921_110053_resized

Xəbərlərə abunə ol