• 1

    Hadisə baş verdikdə 102 nömrəsinə zəng edib DİN/DYP əməkdaşlarını hadisə yerinə çağırmaq vacibdir.

  • 2

    Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım 103, FHN 112 və digər lazımi qurumlara xəbər verin.

  • 3

    Hadisə baş verdikdə, dərhal zərərvuran nəqliyyat vasitəsinin icbari qaydada sığortalayan sığorta şirkətinə məlumat verilməlidir.

    • Sığorta şəhadətnaməsində Sığortaçının qaynar xətt nömrələri qeyd olunur
    • Sığortaçının qaynar xətt nömrələrini bilmirsinizsə 9707 SMS xidmətindən istifadə edin

    Zərərvuran nəqliyyat vasitəsinin sahibinin icbari sığortasının olub-olmamasını və hansı sığorta şirkətində sığortalandığı barədə məlumatı əldə etmək üçün 9707 qısa nömrəsinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərməklə məlumat əldə edə bilərsiniz.

  • 4

    Hadisə yerini tərk etməyin

    Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkətinə (və ya onun nümayəndəsinə) təqdim edin.

    Aşağıdakı hallarda zərər dəymiş əmlakın yerinin dəyişdirilməsi və ya onun hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:

    – zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması, zərər dəymiş əmlakın başqa şəxslərin hərəkətinə mane olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün  zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı;

    – sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;

    – digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.

  • 5

    Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta şirkətindən tələb edin və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edin.

  • 1

    Hadisə baş verdikdə şəhadətnamədə göstərilən telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verin.

  • 2

    Daşınmaz əmlakın sonrakı itkilərinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün.

  • 3

    Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkəti və ya sığortaçının razılığı ilə səhaliyyətli orqanlar ona baxış keçirənədək heç bir dəyişiklik etməyin.

    Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:

    – zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlərin görülməsi zamanı;

    – sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;

    – digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.

  • 4

    Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.

  • 5

    Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edilməli və doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. Yazılı sığorta tələbi sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər.

  • 1

    Hadisə baş verdikdə şəhadətnamədə göstərilən telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verin.

  • 2

    112 xidməti vasitəsilə Fövqəladə Hallar Nazirliyinə dərhal məlumat verin, ehtiyac olduğu halda digər aidiyyəti qurumlara xəbər verin.

  • 3

    Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım (103) çağırın.

  • 4

    Hadisə nəticəsində dəyən zərərin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün.

  • 5

    Zərərçəkən(lər)ə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin.

  • 6

    Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkəti və ya sığortaçının razılığı ilə səhaliyyətli orqanlar ona baxış keçirənədək heç bir dəyişiklik etməyin.

     Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:

    – zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, zərər dəymiş əmlakın başqa şəxslərin hərəkətinə mane olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı;

    – sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;

    – digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.

  • 7

    Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.

  • 8

    Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edilməli və doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. Yazılı sığorta tələbi sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər.

  • 1

    Hadisə baş verdikdə şəhadətnamədə göstərilən telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verin.

  • 2

    Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım (103), zərurət olduqda FHN (112) və digər lazımi qurumlara xəbər verilməlidir.

  • 3

    Sığorta şirkətinin nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər baxış keçirənədək hadisə yerində heç bir dəyişiklik edilməməlidir.

  • 4

    Zərərin qarşısının alınması və həcminin azaldılması, hadisənin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, zərər çəkmiş şəxslərin həyatının xilas еdilməsi üçün ağlabatan və mümkün olan bütün tədbirləri görülməlidir.

  • 5

    Zərərçəkənlərə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verilməlidir.

  • 6

    Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edilməlidir.

  • 7

    Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edilməli və doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. Yazılı sığorta tələbi sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər.

Sorğu

Yeni saytımızı bəyənirsiniz mi ?

Səs ver Nəticə
Geri