Xəbərlər

Sentyabr ayında 67 560 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2015-ci ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 67 560 müqavilə qeydiyyata alınmışdır. Bunların 12 103-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 5,6 milyon manat təşkil etmişdir.

2014-ci ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 9,8%, sığorta haqlarının məbləğində isə 8% azalma müşahidə edilmişdir.

 

 

Xəbərlərə abunə ol