Xəbərlər

Sentyabr ayında 1 351 Yaşıl Kart müqaviləsi bağlanılmışdır.

Sentyabr ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 351 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu müqavilələrdən 916 müqavilə Türkiyə və İran İslam Respublikasına, 379 müqavilə isə Rusiya, Moldova və Ukrayna Respublikasına, 56 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.  Sentyabr ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 82 167 manat təşkil etmişdir. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1188-i minik, 88-i yük, 68-i qoşqu, 6-ı avtobus, 1-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

Xəbərlərə abunə ol