Xəbərlər

Oktyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 10 929 müqavilə bağlanmışdır

2017-ci ilin oktyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 10 929 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 207 063 manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 8225-i yaşayış evləri və mənzillər, 145-i inzibati binalar, 2559-u isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 42% azalma, sığorta haqlarının məbləğində isə 25% artım müşahidə edilmişdir.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 352, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 20 790 manat təşkil etmişdir.

Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 2 sığorta müqaviləsi bağlanmış, sığorta haqlarının həcmi 930 manat olmuşdur.

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

Qeyd: Məlumatların işıqlandırılması zamanı Büronun yeni loqosundan istifadə edilməsi xahiş olunur:

Xəbərlərə abunə ol