Xəbərlər

Noyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 15 383 müqavilə bağlanılmışdır.

2016-cı ilin noyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 15 383 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 2,1 milyon manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 85,9%-i yaşayış evləri və mənzillər, 0,2% -i inzibati binalar, 13,9%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 7%, sığorta haqlarının məbləğində isə 2 dəfədən çox artım müşahidə edilmişdir.

Noyabr ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 158, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 11 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  11 550 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 8 642 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol