Xəbərlər

Noyabr ayında AVSMMİS üzrə 1,5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

2015-ci ilin noyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 309 sığorta tələbi üzrə 1,5 milyon manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.

table_site

2015-ci ilin noybar ayında nəqliyyat vastəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 117 manat  təşkil etmişdir.

Ümumilikdə 2015-cilin 11 ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 17 399 sığorta tələbi üzrə 21 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Noyabr ayında İcbari Sığorta Bürosu tərəfindən 8 kompensasiya tələbi üzrə 34 500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. Ümumilikdə  İcbari Sığorta Bürosu tərəfindən yanvar-noyabr ayları ərzində 92 kompensasiya tələbi üzrə 311 446 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.

Xəbərlərə abunə ol