Xəbərlər

Noyabr ayında AVSMMİS üzrə 64 961 elektron icbari sığorta müqaviləsi bağlanmışdır.

2016-cı ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır. 2016-cı ilin noybar ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,2 milyon manatdan çox olmuşdur. 2015-ci ilin noybar ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma müşahidə edilmişdir. Noyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 2,5% azalaraq 80.3 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol