Xəbərlər

May ayında 733 Yaşıl Kart müqaviləsi bağlanılmışdır.

May ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 733 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu müqavilələrdən 680 müqavilə Türkiyə və İran İslam Respublikasına, 51 müqavilə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 2 müqavilə isə Moldova və Ukrayna Respublikasına səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.  May ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 87 080 manat təşkil etmişdir.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 520-si minik, 106-sı yük, 97-si qoşqu, 6-sı avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

Xəbərlərə abunə ol