Xəbərlər

Mart ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 245 müqavilə bağlanmışdır

2016-cı ilin mart ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 245 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,9 milyon manatdan çox olmuşdur. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 68,4%-i yaşayış evləri və mənzillər, 0,7% -i inzibati binalar, 31,1%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 43,2% azalma, sığorta haqlarının məbləğində isə 29,7% faiz artım müşahidə edilmişdir.

Ümumilikdə, 2016-cı ilin birinci rübü ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 15 970 sığorta müqaviləsi bağlanılmışdır, bu müqavilələr üzrə sığorta haqlarının məbləği 8,4 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 45,7% , sığorta haqlarının məbləğində isə 10,9% azalma müşahidə edilmişdir.

Mart ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 258, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 2 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  17 160 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 335 manat təşkil etmişdir.

deis

Xəbərlərə abunə ol