Xəbərlər

Mart ayında AVSMMİS üzrə 2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

2016-cı ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 554 sığorta tələbi üzrə 2 milyon manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.

avsmis

2016-cı ilin mart ayında nəqliyyat vastəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 230 manat  təşkil etmişdir.

2015-ci ilin mart ayı ilə müqayisədə informasiya sistemində qeydiyyata alınan sığorta tələblərinin sayında 9,7%, sığorta ödənişlərinin məbləğində isə 21,7% artım müşahidə edilmişdir.

Ümumilikdə 2016-cı ilin yanvar-mart ayları ərzində Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 4 535 sığorta tələbi üzrə  5,8 milyon manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.

Mart ayında İcbari Sığorta Bürosu tərəfindən 21 kompensasiya tələbi üzrə 80 200 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. Ümumilikdə 2016-cı ilin birinci rübü ərzində İcbari Sığorta Bürosu tərəfindən 39 kompensasiya tələbi üzrə 144 500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.

Xəbərlərə abunə ol