Xəbərlər

İyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 müqavilə bağlanmışdır.

2015-ci ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,43%-i yaşayış evləri və mənzillər, 1,45%-i inzibati binalar, 17,12%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50% sığorta haqlarının məbləğində 2,4 dəfə artım müşahidə edilmişdir.

Ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzində 67 112 sığorta müqavilə bağlanılmışdır və bu müqavilələr üzrə  sığorta haqları 17,9 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarının məbləğində isə 2 dəfə artım müşahidə edilmişdir.

Xəbərlərə abunə ol