Xəbərlər

İyun ayında 827 Yaşıl Kart müqaviləsi bağlanılmışdır.

İyun ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 827 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır. Bu müqavilələrdən 783 müqavilə Türkiyə və İran İslam Respublikasına, 37 müqavilə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 7 müqavilə isə Moldova və Ukrayna Respublikasına səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.  İyun ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 63 676 manat təşkil etmişdir.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 703-ü minik, 62-si yük, 52-si qoşqu, 8-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.

 

Xəbərlərə abunə ol