Xəbərlər

İyul ayında AVSMMİS üzrə 2,5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

2015-ci ilin iyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2 029 sığorta tələbi üzrə 2,5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.

AVSMMIS

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 33%, sığorta ödənişlərinin məbləğində isə 6,9 % artım müşahidə edilmişdir. 2015-ci ilin iyul ayında nəqliyyat vastəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 163 manat  təşkil etmişdir.

İyul ayında İcbari Sığorta Bürosu tərəfindən 13 kompensasiya tələbi üzrə 35 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.

Xəbərlərə abunə ol