Xəbərlər

İyul ayında 102 485 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

2016-cı ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 102 485 müqavilə qeydiyyata alınmışdır. Bunların 15 550-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. 2016-cı ilin iyun ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8 milyon manat təşkil etmişdir.

2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 11,4%, sığorta haqlarının məbləğində isə 15,6% azalma müşahidə edilmişdir.

İyul ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin iyun ayı ilə müqayisədə 1.9% azalaraq 77.9 manat təşkil etmişdir.

Xəbərlərə abunə ol