Xəbərlər

İlk dəfə olaraq ləğv edilmiş sığorta şirkətinə qarşı irəli sürülən sığorta tələbləri üzrə İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişlərinin verilməsinə başlanılmışdır!

Məlumat üçün bildiririk ki, ləğv prosesində olan “Alfa Sığorta” ASC tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri ilə əlaqədar zərərçəkmiş şəxslərə İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişlərinin verilməsi üçün toplanmış sənədlərin hüquqi ekspertizası, zərərçəkmiş şəxslərlə görüşlərin təşkili və təhvil-təslim işləri yekunlaşdırılmışdır.

İcbari Sığorta Bürosu təhvil-təslim işlərinin yekunlaşdırıldığını nəzərə alaraq “Alfa Sığorta” ASC- tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri üzrə zərərçəkmiş şəxslərə kompensasiya  ödənişlərininin 02 fevral 2017-ci il tarixindən etibarən ardıcıllıqla həyata keçirilməsi prosesinə başlamışdır.

Qeyd edək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü və daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti (http://isb.az/istirakci-sigorta-sirketleri/  ) fəaliyyət  göstərir.

Xəbərlərə abunə ol