Xəbərlər

İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemi yeniləndi.

İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemindən artıq sığorta tələblərinin statusunu da yoxlamaq mümkün olacaq. Belə ki, vətəndaşlar İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarına (qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən) qarşı irəli sürdükləri sığorta tələblərinin statusu haqqında məlumatı (qeydiyyat, təsdiq, ödəniş) http://services.isb.az internet səhifəsindən öyrənə biləcəklər.

Məlumat üçün bildirək ki, 2015-ci ilin 5 ayı ərzində Büronun informasiya sistemində mövcud olan icbari sığorta müqavilələrin yoxlanılması məqsədi ilə http://services.isb.az səhifəsinə 640 mindən çox sorğu göndərilmişdir.

Xəbərlərə abunə ol